İranın Azərbaycanla bağlı məkrli planları

Yaxud dini pərdə altında edilən Allahsızlıq

İran yenə öz ampluasındadır. Cənub qonşumuzla nə qədər səmimi, xoşməramlı davransaq da,  Tehran məşhur el məsəlindəki keçi timsalında şeytana, şərə tərəf qaçır. Adını İslam respublikası qoyub din təchr("39")ssübkeşliyindən danışmasına, müsəlman həmrəyliyi şüarını əldə bayraq etməsinə baxmayaraq, İran elə öz yaxın qonşusu, həm də müsəlman ölkəsi olan Azərbaycanla yola getmir. Əslində yola getmir ifadəsi də düzgün yanaşma deyil. Çünki Azərbaycan İran mollalarının tərbiyəsiz təbirincə desək şirin quyruğunu tapdalamır. Əksinə Tehran özü qartala (Azərbaycana) daş atır, onu yaralamaq istəyir.

Maraqlıdır ki, İranın Azərbaycanla bağlı dərdi nədir? Nədən Tehran Bakı ilə səmimi qonşuluq münasibətlərinə deyil, zaman-zaman gərginliyə, münasibətləri korlamağa meyillənir? Tehranın Azərbaycanla bağlı əsas istəyi nədən ibarətdir?

Yaxın tariximizdə cənub qonşumuzun Azərbaycanla olan münasibətlərinə nəzər yetirsək görərik ki, İranın ölkəmizlə bağlı 3 əsas planı mövcuddur. Zaman-zaman da İran həmin planlarını həyata keçirməyə çalışır. Lakin onu da etiraf etmək lazımdır ki, hər dəfə də qartalın onun üstünə şığımasından sonra quyruğunu büküb bir küncə çəkilir. Qayıdaq Tehranın 3 əsas planına.

Birincisi, İran heç vaxt regionda ondan güclü bir Azərbaycan dövlətinin olmasını istəmir. Xüsusilə, Xəzər hövzəsində. Tehrandakı mollabaşlar hesab edirlər ki, Xəzərin iki əsas sahibi var. Biri Rusiya, digəri isə İrandır və dənizi şüursuz şəkildə öz dədə malı hesab edirlər. Ona görə də həm İran, həm də Rusiya hər zaman qonşularına, xüsusilə də Azərbaycana öz arxa bağçası kimi baxıb. Lakin Azərbaycanın müstəqillik illərindən sonra xeyli dərəcədə inkişaf etməsi, təkcə regionda deyil, eləcə də dünyada söz sahibinə çevrilməsi yerləşdiyimiz coğrafiyada dəngələri dəyişdi. Beləliklə, İran Azərbaycanın timsalında nə qədər qəribə də olsa düşmən görməyə başladı. İstər müstəqilliyin ilk illərində Azərbaycanda yaranmış nəzarətsizlikdən dolayı dini ekstremistlərini, istərsə də Qum, İsfahanda təlim keçən terrorçularını ölkəmizə ixrac etməsi də məhz bu məqsədə, Azərbaycanı zəiflətməyə hesablanmışdı. Azərbaycandakı əlaltıları, bura ixrac etdiyi mollaları vasitəsilə zaman-zaman Bakıya qarşı planlar qurub burada təxribatlar törədə bilsə də,  Azərbaycanın hüquq-mühafizə orqanlarının qısa müddətdə həmin qüvvələri aşkar edib zərərsizləşdirməsi Tehranın məkrli planlarını pozdu. Qəribəsi odur ki, Tehran zamanında təkcə ölkənin dini kəsimi deyil, eyni zamanda siyasi elitasında da öz casus şəbəkəsini yerləşdirməyə nail olmuşdu. Təkcə İslam Partiyasını yaratmaqla kifayətlənməyən Tehran  Azərbaycanın mövcud idarəetmə sisteminə ən radikal mövqedə dayanan, hakimiyyəti devirməyə çalışan millətçi, sağ mərkəzçi qüvvələrə də yol tapa bilmiş, onlara dəstək verməklə Azərbaycanda hakimiyyət dəyişikliyinə nail olmağa çalışmışdı. Əldə etdiyimiz bilgilərə görə, hələ 2005-ci ilin parlament seçkiləri zamanı o zaman müxalifətin əsas güc mərkəzi kimi formalaşmış "Azadlıq" bloku ilə İranın əməkdaşlıq imkanları müzakirə edilib. Daha doğrusu Tehran seçkilərdə sözügedən blokun qələbəsini təmin etmək məqsədilə müxalifətə hər cür dəstək vermə mümkünlüyünü, Azərbaycandakı emissarlarını bu məqsədlə hərəkətə gətirə biləcəyini ölkə müxalifətinin diqqətinə çatdırıb. Müxalifətin müəyyən kəsimi, xüsusilə hazırda da hakimiyyət hərisi olan şəxsləri İranın bu təklifinə razılıq versələr də,  blokda təmsil olunan digər partiyalar İranla əməkdaşlığın əleyhinə olublar. Elə 2009-cu ildə "Azadlıq" blokunun dağılmasının başlıca səbəblərindən biri də məhz qurumdakı İranmeyillilərlə milli qüvvələrin ortaq mövqeyə gələ bilməməsi olub.

İranın birinci planı, yəni Azərbaycanın siyasi və dini cameəsini ələ alaraq burada hakimiyyət dəyişikliyinə nail olmaq istəyi baş tutmadıqda Tehran Azərbaycanla bağlı ikinci planını işə saldı. Müsəlman dövləti olan qonşusunun əraizisini işğal edən, onun zəngin dini-tarixi abidələrini murdarlayan xristian ermənisinə hərbi dəstək vermək planını. Əslində Tehran uzun illər işğalçı  Ermənistanla iqtisadi-ticari sahədə əməkdaşlıq etməklə bir növ bu ölkəyə hərbi dəstək də vermişdi. Təsadüfi deyil ki, hələ Birinci Qarabağ savaşında Azərbaycan ərazilərini işğala məruz qoyan ermənilərin istifadə etdiyi silahlar bir qayda olaraq Rusiya və İran istehsalı idi. Hətta ümummilli lider Heydər Əliyevin prezident olduğu dövrlərdə cəbhə zonasına səfəri zamanı ulu öndərin olduğu məkana yaxın əraziyə atılmış iriçaplı silahların mərmilərinin də məhz İran istehsalı olduğu elə o zaman sübuta yetirilmişdi. İkinci Qarabağ savaşında isə İran açıq-aşkar hər gün tonlarla silah-sursat dolu maşınları Ermənistana göndərirdi. Bunu təsdiq edən kifayət qədər foto və video faktlar mövcuddur. Bir sözlə İranın açıq-aşkar Ermənistanı silahlandırmaqda əsas məqsədi ondan ibarət idi ki, məhz bu ölkənin əli ilə Azərbaycanı qorxu altında saxlasın və inkişafımızın qarşısını alsın. Tehranın Azərbaycanla bağlı ikinci məkirli planı məhz bundan ibarət idi.

Lakin hər iki plan iflasa uğradığı, Azərbaycan İkinci Qarabağ müharibəsindən qalib ayrılıb daha gücləndiyi üçün cənub qonşumuz üçüncü, daha iyrənc planın icrasına start verib. Bu da zamanında içimizdə, Azərbaycanda yerlchr("39")şdirdiyi canlı bombaları, konkret desək terrorçuları hərəkətə gətirməsidir. Son həftələrdə paytaxtda adını dindar qoyub,  dindən məlumatı olmayan, yalnız fanatizm və terrorizmlə beyinləri doldurulan bir qrup insanın ictimai-siyasi sabitliyi pozmağa yönəlik cəhdləri İranın ölkəmizə ixrac etdiyi terrorizmin ilkin işartılarıdır.  Həmin qrup və şəxsləri indiyə kimi kifayət qədər zombiləşdirən İran onlardan potensial terrorçu kimi istifadə etməyi düşünür. Əldə isə olduca gülünc və iyrənc bəhanə var. Allahın hüquqlarını müdafiə. Əslində isə bütün bunlar Allahın adından oyunbazlıq, fitnə-fəsad, terrorçuluqla məşğul olmaq, insan qatilinə çevrilməkdir. Necə ki, İran yaxın tariximizdə bu iyrənc vasitələrdən test olaraq istifadə edib. 90-larda akademik Ziya Bünyadovun qətlə yetirilməsi, bir neçə illər öncə Gəncədə baş verən terror aksiyası və mərkəzi hakimiyyət nümayəndəsinin qətlə yetirməyə hesablanmış silahlı hücum və s. İndiyə qədər baş vermiş hər bir belə xoşagəlməz olay, Azərbaycan dövləti əleyhinə yönəlmiş separatizm və terror cəhdinin iştirakçılarının quyruğunun İranda görünməsi, onların vaxtı ilə İrannın təlim düşərgələrində təlim keçmələrinin üzə çıxması açıq-aşkar onu deməyə əsas verir ki, İran bir qayda olaraq Azərbaycan əleyhinə terrorçular hazırlamaqla məşğuldur və təəssülər olsun ki. Tehran bu iyrənc üsul və vasitələrindən bu gün də istifadə edir.

İranın Azərbaycana qarşı tətbiq etdiyi hər 3 məkrli planın elə bu dövlətin əldə bayraq tutduğu, ondan öz siyasi, eyni zamanda çirkin məqsədləri üçün istifadə etdiyi İslama birbaşa ziddiyət təşkil etdiyini yəqin ki, Tehranda bilməmiş deyillər. İslam dinində fitnə-fəsad törətmək günah sayılır ki, cənub qonşumuz illərdir ki, bu günahla məşğuldur. Zaman-zaman Azərbaycanda, ölkə vətəndaşları arasında İran fitnə-fəsad çıxarmağa, burada qarşıdurma yaratmağa cəhdlər göstərib.

Yaxud insan qətl etmək, kütləvi qətliama yardım göstərmək də dinimizdə böyük günahlardan hesab edilir ki, İran həmin günahın da birbaşa iştirakçısı, lokomotivi olub. İllərdir Azərbaycanda törədilən terror aktları, tanınmış siyasi və elm xadimlərinin qətlə yetirilmısinin arxasından bir qayda olaraq İranın quyruğu görünüb. Bu da adını İslam Respublikası qoyan, lakin əməli İslamla ziddiyyət təşkil edən İranın daha bir günahı.

Nəhayət, İranın dini nöqteyi nəzərdən ən böyük günahı zalımlara dəstək verməsidir. Biz bunu Tehranın Ermənistana dəstəyi fonunda aydın görürük. İslam dinində ən böyük günah sayılan zalımlara yardım göstərməyin nəticəsidir ki, Ermənistan ötən 30 il ərzində İranın müsəlman qardaşı sayılan Azərbaycan ərazilırini işğala məruz qoymuş, bir milyona yaxın soydaşımzı öz ev-eşiyindən didərgin salmış, on minlərlə insanımızın qətlinə yardımçı olmuşdu. Bütün bunları ümumiləşdirsək və İranın etdiyi əməllərin İslamda ən böyük günahlardan olduğunu nəzərə alsaq, o zaman ən böyük Allahsızın məhz İran olduğunu qətiyyətlə söyləyə bilərik. Belə olan halda Tehranın nə İslam dinindən, nə Qurani-Kərimdən, nə də Allahdan danışmağa heç bir haqqı yoxdur.

Məhəmməd

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31