Ombudsmanın da maaşı artırılır

İnsan hüquqları üzrə müvəkkilin (ombudsman) maaşı artırılır. Olaylar  xəbər verir ki, bununla bağlı "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Konstitusiya Qanununa təklif olunan dəyişikliklər Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılıb. 
 
Dəyişikliyə əsasən, ombudsmanın 2230 manat müəyyən edilən vəzifə maaşı artırılaraq 3060 manat olacaq. Bundan əlavə müvəkkilə aylıq vəzifə maaşının 1,65 misli həcmində əlavə ödəniləcək.
 
Qanun layihəsi səsə qoyularaq qəbul edilib

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31