Azərbaycanda yeni medal təsis edilir

Azərbaycanda yeni medal təsis edilir. Olaylar  xəbər verir ki, buna bağlı Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən plenar iclasında qanun layihəsi müzakirəyə çıxarılıb. 
 
"Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Qanuna təklif edilən dəyişikliyə əsasən, İnsan hüquqları üzrə müvəkkil (ombudsman) təsisatının 20 illiyi (2002-2022)" yubiley medalının təsis edilməsi nəzərdə tutulur. Layihə səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31