Azərbaycan Əfqanıstana başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi Əfqanıstana başsağlığı verib.

Olaylar.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin tviterində qeyd olunub. .

"Əfqanıstanda baş vermiş dağıdıcı zəlzələ nəticəsində insan tələfatı və dağıntılar bizi dərindən kədərləndirir. Bu faciədə həyatını itirənlərin ailələrinə dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə sağalmasını arzu edirik", - XİN bildirib.

Xatırladaq ki, Əfqanıstanın Paktika əyalətində baş verən 6 bal gücündə zəlzələ nəticəsində 1 000-dən çox insan həlak olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31