Büdcəyə dəyişikliklər qəbul edildi

2022-ci il dövlət büdcəsi haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda qəbul olunub. Milli Məclisdə cari ilin dövlət büdcəsinə dəyişiklik müzakirə olunur. Olaylar  xəbər verir ki, parlamentin növbədənkənar sessiyasının bu gün keçirilən plenar iclasında layihə müzakirəyə çıxarılıb.
 
İclasa maliyyə naziri Samir Şərifov, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, Dövlət Sosial Müdafiə Fondunun direktoru Himalay Məmişov, Dövlət Məşğulluq Agentliyinin İdarə heyətinin sədri Mustafa Abbasbəyli və digər rəsmilər də iştirak edirlər.
 Layihəni Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili təqdim edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31