DİN nadir heyvan növlərinin qorunması üçün göstəriş verdi

"İşğaldan azad olunan ərazilərdə flora və faunanın mühafizəsi daxili işlər orqanlarının diqqət mərkəzindədir. Bununla bağlı xüsusi nəzarət tədbirləri həyata keçirilir".

Bu barədə Olaylar.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.

Qurum rəsmisinin sözlərinə görə, həmin ərazilərdə nadir heyvan növlərinin - dağ keçiləri, cüyürlər, ayılar, bəbir, ular, Qafqaz tetrasının, çaylarda isə balıqların ovlanmasına, ona zərər yetirilməsinə icazə verilmir.

Həmin əraziyə gedən şəxslər bu barədə təlimatlandırılır: "O gözəlliyi qorumaq, onun genişlənməsi üçün aidiyyəti dövlət qurumları ilə birgə Daxili İşlər Nazirliyi tərəfindən polis və Daxili Qoşunlarının hərbi qulluqçularına müvafiq göstərişlər verilib", - Elşad Hacıyev qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31