Büdcə xərcləri proqnozdan artıq icra edilib

Dövlət büdcəsinin gəlirləri proqnozdan 1.2 milyard manat artıq yerinə yetirilib. Olaylar xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında 2022-ci ilin dövlət büdcəsinə dəyişiklik layihəsinin müzakirəsi zamanı İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.
 
O bildirib ki, cari ilin büdcəsinin xərcləri proqnozdan 70 milyon manat artıq icra edilib: "2022-ci ilin dövlət büdcəsinin gəlirlərinə nəzər saldıqda ilk 5 ay ərzində əldə olunan gəlirlərin 65 faizi neft gəlirlərinin, 35 faizi isə qeyri-neft gəlirlərinin payına düşür".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31