Parlamentdə büdcə dəyişikliyi müzakirə olunur

Milli Məclisdə cari ilin dövlət büdcəsinə dəyişiklik müzakirə olunur. Olaylar xəbər verir ki, parlamentin  növbədənkənar sessiyasının bu gün keçirilən plenar iclasında layihə müzakirəyə çıxarılıb.
İclasa maliyyə naziri Samir Şərifov, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, Dövlət Sosial Müdafiə Fondunun direktoru Himalay Məmişov, Dövlət Məşğulluq Agentliyinin İdarə heyətinin sədri Mustafa Abbasbəyli və digər rəsmilər də iştirak edirlər.
Layihəni Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili təqdim edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31