Ədalətin və milli iradənin təntənəsi
21 İyun 2022 15:24 SiyasətHər bir xalqın milli azadlıq və istiqlaliyyət tarixində xilaskar rolunu oynayan dahi insanlar var. Həmin dahilər öz qətiyyətləri ilə mənsub olduqları xalqı arxasınca aparıb, ən taleyüklü məqamlarda qalib rolu oynamışlar. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət , qeyri adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşmüşdür. Ümummilli lider Azərbaycan tarixində əbədi bir milli sərvət - Heydər Əliyev dövlətçilik məktəbini yaratdı. Dahi şəxsiyyətin tifanik fəaliyyəti nəticəsində Azərbaycan keçmiş ittifaqın ən qabaqcıl respublikalarından birinə çevrilmişdi. Hakimiyyətdə olduğu bütün dövrlərdə əsas qayəsi külli düşüncə, milli iradə, azərbaycançılıq olan Heydər Əliyevə xalqın inamı hər zaman onu ucaltmış, hətta ona qarşı həsəd və qısqanclıq hissləri yaratmışdır.
Özünün təkmil dövlətçilik konsepsiyasında ədalət, qanunçuluq və hüquq qaydalarının təminatına hər zaman üstünluk verən ümummilli lider Heydər Əliyev " Ədaləti ədalətsizliklə bərpa etmək olmaz " - deyərək dövlət idarəçiliyində qanunun aliliyini, ədaləti əsas meyar kimi müəyyənləşdirdi. Xalqa, millətə, dövlətə, dilinə bağlılıqdır ki, 1978- cı ildə Azərbaycan SSR Konstitusiyasının qəbul edilməsi və Azərbaycan dilinin dövlət dili kimi təsbit edilməsinə nail oldu. Məhz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi o illərdə bugünkü dövlət müstəqilliyimizin möhkəm təməli qoyuldu,milli ruh , azərbaycançılıq məfkurəsi yüksəlməyə başladı , kadr korpusunun milliləşdirilməsi istiqamətində qətiyyətli addımlar atıldı, hər il yüzlərlə gənc muxtəlif mühüm, o cümlədən hərbi ixtisaslara yiyələnməsi üçün ən qabaqcıl ali məktəblərə göndərildi, azərbaycanlılar mühüm dövlət vəzifələrinə irəli çəkildilər.
Müstəsna xidmətləri ilə əbədilik qazanan Ümummilli Liderin intibah və milli şüurun oyanışı istiqamətində apardığı siyasət bu gün öz bəhrəsini verir. Ölkəmiz dünyada layiq olduğu mərtəbəyə Heydər Əliyevin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bildi. Bu gün onun siyasi kursunu layiqincə yerinə yetirən dünya liderləri arasında öz sözünü çatdıra bilən, xalqın , millətin iradəsini müdafiə edən, düşmənin başını dəmir yumruqla əzən liderimiz - İlham Əliyev var. Ulu öndər tarixi müraciətində ünvanı dəqiq göstərdi: " İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin kömək və dəstəyiniz ilə İlham Əliyev başa çatdıra biləcək. Mən buna inanıram və böyük ümid bəsləyirəm."
Bəli, bu milli ədalət və dəyərlər üzərində qurulan dövlət əmin əllərdədir. Ədalətin və milli iradənin təntənəsi də elə birdir.
Fəridə Şərifova,
25 nömrəli tam orta məktəbin direktoru