Çin hərbi gəmiləri Yaponiyanın ərazi sularına daxil oldu

Çinin sahil mühafizə gəmiləri Şərqi Çin dənizindəki mübahisəli Senkaku adaları ətrafındakı Yaponiya ərazi sularına daxil olub.

Naha şəhərində yerləşən 11-ci Dairə Sahil Mühafizəsi Qərargahının məlumatına görə, Çinin 2 sahil mühafizə gəmisi Yaponiyanın milli ərazi sularını pozub. 

Gəmilər Uotsuri adasından 20 kilometr cənub-qərbə yaxınlaşaraq Yaponiyanın ərazi sularının əhatə etdiyi mübahisəli ərazidə balıqçı gəmilərinə yaxınlaşıb.

Qeyd olunub ki, Yaponiya Sahil Mühafizəsi gəmilərinin ərazini tərk etmələri ilə bağlı xəbərdarlıqları nəticəsində Çinə məxsus gəmilər bölgəni tərk edib.

Məlumata görə, Çin gəmiləri bu il 11-ci dəfə Yaponiya ərazi sularını pozub.

Sfera.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31