Ermənilərin təxribatı öz başlarında çatlayacaq

Müdafiə Nazirliyi  xəbər verir ki, Ermənistan silahlı qüvvələrinin bölmələri iyunun 20-si gecədən başlayaraq iyunun 21-i səhər saatlarınadək  bizim qədim yurd yerlərimizdə- Qarakilsənin Saybalı, Basarkeçərin Aşağı Şorca yaşayış məntəqələrində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçının Minkənd və Kəlbəcərin Yellicə kəndindəki mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub. "Olaylar"ın məlumatına görə, millət vəkili Sahib Alıyev bildirib ki, biz son bir ayda ən çox da ordumuzun Kəlbəcərdəki mövqelərinin davamlı atəş altında saxlandığını görürük: "Özü də bizim mövqelərimiz  yuxarıda qeyd olunduğu kimi ötən əsrdə haylara yaramazcasına peşkəş edilən qədim yurd yerlərimizdən vurulur. Əgər Ermənistan bu cür təxribatlara əl atmaqla Paşinyanın  ötən günlərdə açıq şəkildə dilə gətirdiyi kimi KTMT üzvü olan ölkələrin hərbçilərini Azərbaycanla sərhəd boyu yerləşdirməyi planlaşdırırsa, bu planı da ondan öncəkilər sayaq başına dəyəcək.  Və üstəlik belə hərəkətlər haylara peşkəş edilən həmən torpaqların əsl yiyələrinin ora-yəni Aşağı Şorcaya, Saybalıya-bütövlükdə Göyçəyə, Qərbi Zəngəzura və digər yurd yerlərimizə qayıdışlarını daha da sürətləndirəcək. Mən buna əminəm!"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31