Büdcədən ayrılan vəsaiti icra başçılarının mənimsəməsinə yol vermək olmaz-Deputat

"Bölgələrdə sahibkarlığın inkişafına 1 milyon manat əlavə vəsait artırılır. Amma bunun əhaliyə çatmasında, xərclənməsində ciddi problemlər var". Olaylar" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deputat Vahid Əhmədov deyib. Onun sözlərinə görə, vəsaiti icra başçılarının mənimsəməsinə yol vermək olmaz: "Monitorinq keçirmək lazımdır ki, həmin vəsaitin insanlara çatması təmin edilsin. Biz Milli Məclisdə uşaqpulu, pensiyalar, qazilərin problemləri və digər məsələləri qaldırırıq, nazirlik deyir, mümkün deyil. Bu necə ola bilər?".

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili isə deputatın müraciətinə cavabında qeyd edib ki, qazilərlə iş əsas məsələdir: "Bunun tənzimlənməsi hər birimizin işidir. Mən ona görə deputatlarımızdan da xahiş edirəm, hər bir müraciətə baxılsın, məsələ qaldırılsın".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31