“Putin bizi qəzəbləndirmək, qiymətləri qaldırmaq istəyir, amma...” – Alman nazir
20 İyun 2022 11:35 Siyasət"Almaniya Rusiya qazından asılılığını azaltmaq üçün kömürlə işləyən elektrik stansiyalarının fəaliyyətini bərpa edəcək və şirkətlərə təbii qaz istehlakını məhdudlaşdırmaq üçün əlavə stimullar təklif edəcək".
Bu barədə Almaniyanın iqtisadiyyat naziri Robert Habek deyib.
"Aydındır ki, bizi qəzəbləndirmək, qiymətləri qaldırmaq Putinin strategiyasıdır. Buna imkan verməyəcəyik. Biz qətiyyətlə, dəqiq və düşünülmüş şəkildə özümüzü müdafiə edəcəyik", - o bildirib.
Sfera.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31