Hikmət Hacıyev Qarabağa səfər etmiş əcnəbi səyyahlarla görüşdü
20 İyun 2022 10:25 SiyasətAzərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev əcnəbi səyyahlarla görüşüb.
Bu barədə Hikmət Hacıyev tviter hesabında yazıb.
"Ən çox səyahət edən insanlar" klubunun üzvləri ilə görüşdən, salamlamaqdan məmnunam. Səyyahlar Kəlbəcərdən Şuşaya qədər işğaldan azad edilmiş ərazilərdə olublar, Ermənistanın vandalizminin miqyasının və işğalının dağıntılarının şahidi olublar. Həm də Azərbaycanın yenidənqurma və şəhərsalma sürətinə heyran olublar", - Hikmət Hacıyev tviter hesabında yazıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31