İndiyədək İraq və Suriyadan 366 nəfər repatriasiya edilib - Komissiya sədri
17 İyun 2022 21:35 SiyasətHazırkı vaxtadək İraq və Suriyadan birlikdə mərhələli şəkildə 366 nəfər repatriasiya edilib.
Olaylar.az bildirir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Əli Nağıyev deyib.
Komissiya sədri Yaxın Şərqdə baş vermiş silahlı münaqişələr zamanı qeyri-qanuni silahlı birləşmələrin tərkibində döyüşlərdə iştirak etmiş şəxslərin İraq və Suriyada saxlanılan ailə üzvlərinin, xüsusən də qadın və uşaqların repatriasiyası və reabilitasiyası ilə bağlı müvafiq tədbirlərin görüldüyünü bildirib. Və hazırkı vaxtadək hər iki ölkədən birlikdə mərhələli şəkildə 366 nəfərin repatriasiya edildiyi nəzərə çatdırılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31