Qlobal Bakı Forumunun uğuru Azərbaycanın uğurlu xarici siyasətini təsdiq edir - İqor Xalevinski
17 İyun 2022 17:06 SiyasətQlobal Bakı Forumunun uğuru Azərbaycanın uğurlu xarici siyasətini təsdiq edir.
Bunu Rusiya Diplomatlar Assosiyasiyasının İdarə heyətinin sədri, Rusiya Xarici İşlər Nazirliyinin xüsusu tapşırıqlar üzrə səfiri İqor Xalevinski "Qlobal dünya nizamına təhdidlər" mövzusuna həsr olunan IX Qlobal Bakı Forumu zamanı deyib.
"Qlobal Bakı Forumu həqiqətən də özünü ictimai və dövlət xadimlərinin, beynəlxalq təşkilat rəhbərlərinin görüş yeri kimi təsdiq edib. Bu, Azərbaycanın dinamik, hərtərəfli düşünülmüş siyasətinin tanınması deməkdir", - deyə o bildirib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin siyasəti və şəxsi təşəbbüsü bu forum üçün böyük rol oynayır.
İ.Xalevinski, həmçinin Azərbaycanda günəş enerjisinin və ümumilikdə bərpa olunan enerji mənbələrinin inkişaf perspektivlərini qeyd edib və əlavə edib ki, ölkə ənənəvi enerji ehtiyatlarının başlıca tədarükçülərindəndir.
trend