Sosial problemlər o səviyyədə deyil ki... - Əli Hüseynli
17 İyun 2022 12:59 Siyasət"Biz həmişə məsələ qaldırırdıq ki, hökumət qənaətli olsun. Hökumət də qənaət edib". Olaylar xəbər verir ki, bununla bağlı Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən plenar iclasında vitse-spiker Əli Hüseynli danışıb.
Deputat həmkarı Vahid Əhmədovun sosial problemlərin müzakirəsi ilə bağlı komissiya yaradılması haqqında təklifinə münasibət bildirib: "Sosial problemlər o səviyyədə deyil ki, xüsusi komissiya yaradılsın, müzakirə olunsun. Dəfələrlə müvafiq komitələrin daxilində müzakirələr aparıldı. Mənə görə heç bir yeni məsələ yoxdur və komissiyanın yaradılmasına ehtiyac yoxdur".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31