“Məsələ qaldırsaq da, problemlər həll olunmur” - Deputat

"Sosial sahədə kifayət qədər ciddi problemlər var". Olaylar  xəbər verir ki, bunu Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən ilk plenar iclasında deputat Vahid Əhmədov deyib.
 
Deputat Milli Məclisin sədri Sahibə Qafarovaya müraciət edərək bildirib: "Mən xahiş edirəm, Əli Hüseynlinin rəhbərliyi altında 10-15 deputat yığışaq müzakirə edək. Problemlər həll olunmur, bunlara ciddi baxaq. Məsələ qaldırırıq, faydası olmur. Sahibə xanım, bunu diqqətdə saxlamağınızı, tapşırıq verməyinizi rica edirəm".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31