Deputat işçi qrupuna rəhbər seçildi
17 İyun 2022 11:50 SiyasətAzərbaycan-Paraqvay parlamentlərarası əlaqələr üzrə işçi qrupuna yeni rəhbər seçilib. Olaylar xəbər verir ki, bununla bağlı parlamentin növbədənkənar sessiyasının bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında" Milli Məclisin Qərarında dəyişikliklər edilməsi barədə layihə müzakirə edilib. Layihəyə əsasən, deputat Hikmət Babaoğlu Azərbaycan-Paraqvay parlamentlərarası əlaqələr üzrə işçi qrupuna rəhbər seçilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31