Rusiya və Gürcüstanın "gizli əməliyyat"ı... – "Röyter"dən şok iddia
16 İyun 2022 18:38 SiyasətRusiya şirkətləri Qərbin sanksiyalarından yan keçmək üçün Gürcüstanın hüquqi şəxslərindən istifadə edirlər.
Bu barədə "Röyter" məlumat yayıb.
Rusiya və Ukraynanın gizli əməliyyatını Ukrayna tərəfi ifşa edib.
Məlumata görə, bir qrup ukraynalı parlamentari bu barədə ABŞ-ı tədbir görməyə çağırıb. Amma onlar məsələnin əlavə təfərrüatını verməyib, konkret misallar təqdim etməyiblər.
Gürcüstanın Vaşinqtondakı səfirliyi iddiaların "tamamilə yalan" olduğunu bildirib.
Vaşinqtonda səfərdə olan Ukrayna nümayəndə heyətinin məsələ ilə bağlı ABŞ Konqresi, Dövlət Departamenti və Maliyyə Nazirliyinin nümayəndələri ilə görüşü gözlənilir.
teleqraf
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31