"Türkiyə ilə dialoq çox müsbətdir, sərhədlər açıla bilər" - Paşinyan

"İki ölkə arasında xüsusi nümayəndələr vasitəsilə dialoq başlayıb. Dialoq çox müsbətdir, ümid edirik ki, nəzərəçarpacaq nəticələr əldə edəcəyik". 

Bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan Türkiyə ilə Ermənistan arasında normallaşma prosesində əldə olunan son məqamla bağlı "Əl-Cəzirə" televiziyasına danışarkən deyib. 

Ermənistanın baş naziri 30 ildir bağlı olan sərhədin açıla biləcəyinə ümid etdiyini bildirib.

Sfera.az
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31