Azərbaycanın regionda sülhlə bağlı atdığı addımlar digər ölkələr üçün nümunə ola bilər - QDİƏT rəsmisi (PHOTO)
16 İyun 2022 17:09 SiyasətAzərbaycanın regionda sülhün qurulması ilə bağlı atdığı addımlar digər ölkələr üçün nümunə ola bilər.
Bunu Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Daimi Beynəlxalq Katibliyinin baş katibi, səfir Lazar Komanesku "Qlobal dünya nizamına təhdidlər" mövzusunda IX Qlobal Bakı Forumu çərçivəsində deyib.
Onun sözlərinə görə, Qlobal Bakı Forumu dünya ictimaiyyəti üçün vacib məsələlərin müzakirəsi imkanını təqdim edən vacib tədbirlərdəndir.
O əlavə edib ki, bu forum çərçivəsində həm də Qara dəniz regionunun inkişafı məsələlərinin müzakirəsi vacibdir.
"Müzakirələrin başlamasını səbirsizliklə gözləyirəm. Əminəm regionun üzləşdiyi problemləri, onların həlli yollarını daha yaxşı anlamağa nail olacağıq", - deyə o bildirib.
Azərbaycanla Ermənistan arasında sülh prosesini şərh edən L.Komanesku vurğulayıb ki, bu məsələdəki son irəliləyiş sevindiricidir.


trend