Ukrayna planını açıqladı: “Üç mərhələdə Krımı azad edəcəyik” - Şok iddia

ABŞ və digər müttəfiqlərdən alınan yeni silahlar Ukraynaya Krım da daxil olmaqla, müvəqqəti işğal olunmuş bütün əraziləri geri almağa imkan verəcək. Artıq yeni hərbi yardım partiyaları gəldikdən sonra həyata keçiriləcək addımların siyahısı hazırdır.

Bunu Ukrayna müdafiə naziri Aleksey Reznikov deyib.

"Bütün ərazilərimizi, o cümlədən Krımı azad etməyə hazırlaşırıq. Krım Ukrayna üçün strateji məqsəddir, çünki bura Ukrayna ərazisidir. Addım-addım irəliləyəcəyik", - Reznikov bildirib.

Müdafiə nazirinin sözlərinə görə, yeni silah təchizatından sonra Ukrayna müdafiə qüvvələrinin gələcək hərəkəti üç mərhələyə bölünəcək:

"Birincisi, rus qoşunlarına qarşı döyüşlərdə itkilərin qarşısını almaq üçün cəbhədə vəziyyəti sabitləşdirmək planlaşdırılır.

İkinci addım, işğalçıları Rusiyanın genişmiqyaslı işğala başladığı fevralın 24-nə qədər olan sərhədlərə sıxışdırmaqdır.

Üçüncü mərhələdə isə Ukraynanın tərəfdaşları ilə ərazilərin, o cümlədən Krımın azad edilməsi yolları müzakirə olunacaq".

teleqraf

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31