“Koçaryan və Sarkisyan Qarabağı Azərbaycan ərazisi kimi tanıyıb”
16 İyun 2022 15:40 Siyasət"Ermənistanın keçmiş Prezidentləri Robert Koçaryan və Serj Sarkisyan Qarabağı Azərbaycanın ərazisi kimi tanıyıb".
Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, 1998-ci il noyabrın 25-i Ermənistanın o dövrdəki rəhbərliyi ATƏT-in Minsk Qrupunun "vahid dövlət" adlandırılan təklifi əsasında danışıqlar aparmağa razılıq verib.
Sözügedən sənəddə isə, Qarabağın Azərbaycanla birlikdə onun beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində vahid dövlət təşkil etdiyi qeyd olunub.
qafqazinfo
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31