Azərbaycan təkcə özünün və Cənubi Qafqazın deyil, qlobal dünyanın problemlərinin həlli platformalarını təşkil edir
17 İyun 2022 10:52 SiyasətArtıq 10 ilə yaxındır ki, Azərbaycan qlobal problemlərin, dünyanı narahat edən ciddi məsələlərin müzakirə edildiyi məkana çevrilib. Mədəniyyətlərarası forumdan tutmuş, dünya dini liderlərinin toplantısı, sivilizasiyalarası forum, eləcə də digər bu kimi mühüm beynəlxalq əhəmiyyətli tədbirıər, toplantılara evsahibliyi edən Azərbaycan, eyni zamanda mühüm qlobal təşəbbüslər və həmin təşəbbüsləri beynəlxalq aləm tərəfindən dəstəklənən ölkə kimi də tanınır. Xüsusilə, bir neçə ildir ki, dünyanı bürüyən COVİD-19 pandemiyası ərəfəsində Azərbaycan qlobal təkliflərin təşəbbüskarı kimi diqqət çəkdi. Rəsmi Bakının, daha dəqiq desək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin koronavirus pandemiyasına qarşı mübarizəni müzakirə etmək üçün BMT-nin xüsusi sessiyasının çağırılması təşəbbüsünü irəli sürməsi, Qoşulmama Hərəkatına üv ölkələrlə sözügedən problemi müzakirə etməsi, eləcə də digər bu kimi təşəbbüs və onlara olan beynəlxalq dəstək fonunda deyilənlər öz təsdiqini tapir.
Bu günlərdə Azərbaycan daha bir beynəlxalq tədbirə evsahibliyi edir. Daha doğrusu 2013-cü ildən Cənubi Qafqaz Forumu kimi tarixə düşüb, 2015-ci ildən isə Qlobal Bakı Forumu kimi hər il qeyd edilən beynəlxalq bir foruma. İldən-ilə Foruma olan beynəlxalq marağın artması və iştirakçı sayında qeydə alınan artım Bakı Forumunun qlobal əhəmiyyətini artırmış olur. Bu günlərdə baş tutan sayca doqquzuncu Qlobal Bakı Forumu da həm iştirakçı sayı, həm də forumda müzakirə edilən məsələlərin rəngarəngliyi baxımından diqqət çəkir.
Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib ki, Azərbaycanın irəli sürdüyü təşəbbüslər hər zaman beynəlxalq aləmdə dəstəklənib və təqdir olunub. Millət vəkilinin sözlərinə görə, Azərbaycan dünya miqyasında hər zaman sülhsevər təşəbbüsləri ilə fərqlənib, inkşafa, tərəqqiyə hesablanmış siyasəti ilə seçilib: "Ölkəmizin irəli sürdüyü təşəbbüslər hər zaman beynəlxalq aləmdə dəstəklənərək təqdir olunub. Bütün bu təşəbbüslərə görə dəfələrlə beynəlxalq miqyasda ölkəmizə və ölkə başçımız cənab İlham Əliyevə təşəkkürlər ünvanlanıb".
Sədaqət Vəliyeva bildirib ki, növbəti dəfə BMT Baş Assambleyasının rəhbəri Azərbaycana və ölkə başçımız cənab Prezident İlham Əliyevə təşəkkür edib: "Ölkəmizə səfəri çərçivəsində Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının Prezidenti Abdulla Şahid, Azərbaycanın "COVID-19"-la mübarizədə həyata keçirdiyi siyasəti xüsusi vurğulayaraq, təşkilata üzv dövlətlərə göstərdiyi maliyyə, humanitar və tibbi dəstəyi diqqətə çatdırdı. Eyni zamanda BMT Baş Assambleyasının rəhbəri Azərbaycanın həyata keçirdiyi dəstək və yardımları həmrəyliyin və insanların bir araya gəlməsinin ən gözəl nümunəsi adlandırdı:
Deputat qeyd edib ki, BMT kimi dünya səviyyəli bir təşkilat rəhbərinin ölkəmizə təşəkkür etməsi Azərbaycanın gördüyü işlərə, irəli sürdüyü təşəbbüslərə verilən yüksək dəyərin göstəricisidir: "Bu gün dünyada cərəyan edən qeyri sabit proseslər fonunda ölkəmiz beynəlxalq tədbirlərə ev sahibliyi edir, dünyamiqyaslı layihələr icra olunur, sülhə və tərəqqiyə hesablanmış bir sıra təşəbbüslər irəli sürülür. Əlbətdə bütün bunlar ölkə başçısı, cənab Prezident İlham Əliyevin həyata keçirdiyi müdrik və uzaqgörən siyasətin nəticəsidir".
Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov da diqqəti Bakıda keçirilən Qlobal Foruma yönəldərək bildirib ki, bu günlərdə Prezident İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə "Qlobal dünya nizamına təhdidlər" mövzusunda IX Qlobal Bakı Forumu keçirilir. Onun sözlərinə görə, Azərbaycan artıq təkcə özünün və Cənubi Qafqazın deyil, ümumilikdə qlobal dünyanın və bəşəriyyətin problemlərinin həlli platformalarını təşkil edir: "Hesab edirəm ki, İkinci Qarabağ müharibəsindən sonra regionumuzda formalaşdırdığımız reallıq və yeniliklərlə biz artıq bütün dünyaya prinsipial və qətiyyətli mövqeyimizi nümayiş etdiririk. Biz təkcə Ermənistana deyil, həm də ermənipərəst quvvələrə və dünyada sülhə, təhlükəsizliyə və sabitliyə təhdid yaradacaq güclərə də bu yolla ciddi mesajlar veririk. Azərbaycanın mövqeyi və bu istiqamətdə tutduğu dönməz yolla bağlı ciddi mesajları Prezident İlham Əliyevin bu gün Bakıda başlayan dünya səviyyəli qlobal forumdakı çıxışı ilə bir daha lazımi ünvanlara çatdırıldı".
Süleyman İsmayılbəyli