Çarlz Villi: “Azərbaycan işğaldan azad edilmiş əraziləri uğurla bərpa edir”
16 İyun 2022 15:02 Siyasət"Azərbaycan işğaldan azad edilmiş əraziləri uğurla bərpa edir, minatəmizləmə işində tərəqqi var".
Bunu San-Fransiskodan olan səyyah Çarlz Villi deyib.
Onun sözlərinə görə, bu, onun azad edilən ərazilərə ikinci səfəridir və ilk dəfə ötən ilin sentyabr ayında burada olub.
"Azərbaycan əraziləri uğurla bərpa edir, artıq Füzulidə hava limanı tikilib, minatəmizləmə işində də tərəqqi var. İndiki səfərimdə bu dövr ərzində görülmüş işi müqayisə edə bilərəm", - Ç.Villi bildirib.
Səyyah yerli sakinlərin bu ərazilərə qayıtmasına mane olan mina çirklənməsinin törətdiyi təhlükəni xüsusilə vurğulayıb: "Yolda dağıntıların şahidi oldum. Mənə bir sual maraqlıdır: buraları işğal etdikdən sonra onlar niyə yalnız dağıtmaqla məşğul olublar, heç nə tikməyiblər? Burda heç təsərrüfatla da məşğul olmayıblar. Onlar məscidlərdə donuz saxlayıblar".
Xatırladaq ki, bu gün bir qrup tanınmış xarici səyyah Azərbaycanın azad edilmiş ərazilərinə səfərə başlayıb. Ukrayna, Macarıstan, Hindistan, İsveç, Türkiyə, Danimarka, Almaniya, ABŞ, İspaniya və Sinqapurdan olan 24 səyyah üç gün ərzində Azərbaycanın azad edilmiş ərazilərində səfərdə olacaq.
report