Putin kimdən və nədən qorxur? – Ümid şamanlara qaldı

Rusiya lideri Putin hamıdan qorxur, ona görə də bunkerdədir, hamıdan qurtulmağa çalışır. Bunu başqa şeylərlə yanaşı, Putini devirmək üçün Moskvada kampaniya təşkil etməyə cəhd etdiyinə görə məcburi müalicəyə göndərilən yakut şaman Aleksandr Qabışevlə bağlı baş verənlər də sübut edir.

Bu sözləri ukraynalı psixoloq Dmitri Popov deyib.

"Məncə, Vladimir Putin təkcə şamandan qorxmur, hamıdan qorxur, əks halda üç yüz metrlik bunkerdə yaşamazdı", - psixoloq bildirib.

Popovun fikrincə, rusların 90 faizinin həyat səviyyəsi arzuolunan deyil, ona görə də bir gün Putindən bunların niyə baş verdiyini soruşa bilərlər.

Psixoloq Putinin özünü təkadamlıq kamerada şamanlara "sehirlədəcək" qədər qorxduğunu iddia edib.

teleqraf.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31