"Biz iki dost ölkə olaraq bir çox ortaq layihələr həyata keçiririk" - EFKAN ALA

"Biz iki dost ölkə olaraq bir çox ortaq layihələr həyata keçiririk". Bu sözləri Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin müavini, keçmiş daxili işlər naziri Efkan Ala Yeni Azərbaycan Partiyasının Mərkəzi aparatında keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Şuşa bəyannaməsi bölgənin təhlükəsizliyi üçün xüsusi önəm kəsb edir: "Hədəf regionda təhlükəsizlik və sülhə nail olmaqdır. İki ölkə arasındakı əlaqələrin daha da yüksəlməsi təhlükəsizlik baxımından xüsusi ilə önəmlidir. Çətin vaxtlarda hər kəs hər şeyi deyə bilər. Önəmli olan qazanılan zəfəri bir ömür boyu saxlamaqdır".

SİA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31