TAP-ın işə salınması Avropanın enerji təhlükəsizliyini möhkəmləndirəcək - Albaniya prezidenti
16 İyun 2022 12:01 SiyasətTrans-Adriatik boru kəmərinin (TAP) işə salınması Avropanın enerji təhlükəsizliyini möhkəmləndirəcək.
Olaylar.az Trend-ə istinadən bildirir ki, bunu Albaniyanın prezidenti İlir Meta "Qlobal dünya nizamına təhdidlər" mövzusunda IX Qlobal Bakı Forumunda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, hazırda dünya Ukraynadakı vəziyyətdən, davam edən pandemiyadan, enerji böhranından qaynaqlanan problemlərlə üzləşir.
"Biz gözləyirik ki, Ukraynadakı müharibə artıq 2023-cü ildə ərzaq çatışmazlığına gətirib çıxaracaq. Enerji təhlükəsizliyi də təhdid altındadır, bu məsələ də forum çərçivəsində müzakirə olunacaq", - deyə o bildirib.
Milli.Az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31