İlham Əliyev IX Qlobal Bakı Forumunda çıxış edib - VİDEO/YENİLƏNDİ
16 İyun 2022 10:16 SiyasətAzərbaycanda "Qlobal dünya nizamına təhdidlər" mövzusunda IX Qlobal Bakı Forumu keçirilir.
Olaylar.az xəbər verir ki, forumun açılış mərasimində Prezident İlham Əliyev çıxış edib.
***
Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə bu gün "Qlobal dünya nizamına təhdidlər" mövzusunda Qlobal Bakı Forumu başlayır. Prezident İlham Əliyev Forumda çıxış edəcək.
Olaylar.az bildirir ki, sayca 9-cu olan Bakı Forumunda qlobal əhəmiyyət kəsb edən məsələlər müzakirə olunacaq.
Tədbirdə dünyanın 50-dən çox ölkəsindən ali və yüksək səviyyəli nümayəndələr, sabiq dövlət və hökumət başçıları, beynəlxalq və qeyri-hökumət təşkilatlarının rəsmiləri, eləcə də digər nüfuzlu qonaqların iştirak edəcək.
IX Qlobal Bakı Forumunda onlayn forum iştirakçıları ilə yanaşı, 300-ə yaxın şəxs əyani şəkildə iştirak edəcək.
Panellər formasında təşkil olunacaq tədbir çərçivəsində bir sıra vacib əhəmiyyət kəsb edən məsələlərlə bağlı müzakirələr aparılacaq.