Azərbaycan ən mühüm enerji tərəfdaşıdır - Bolqarıstanın sabiq prezidenti

Azərbaycan enerji sahəsində ən mühüm tərəfdaşdır.

Olaylar.az bildirir ki, bu barədə IX Qlobal Bakı Forumunun açılışına həsr olunan mətbuat konfransında Bolqarıstanın sabiq prezidenti Rosen Plevneliyev deyib.

"Biz Azərbaycana etibarlı, davamlı enerji tərəfdaşı olduğuna görə təşəkkür etmək istəyirik", deyə o bildirib.

R.Plevneliyevin sözlərinə görə, Azərbaycanın enerji strategiyası və siyasəti enerji təchizatının qurulmasında biznesin, tərəfdaşlarla əlaqələrin dəstəklənməsinə yönəlib:

"Əminəm ki, Azərbaycan bərpa olunan enerji, gələcəyin yanacağının istehsalı sahəsində də uğurla inkişaf edəcəkdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31