Cahangir Hüseynov: «Ötən 29 il ərzində Azərbaycan çox böyük nailiyyətlər əldə edib» - VİDEO

"Zamanında ümummilli lider Heydər Əliyev siyasi hakimiyyətə qayıdıb ölkəni düşmüş olduğu bəladan xilas etməsəydi, o halda Azərbaycanın gələcək taleyi qaranlıq qalacaqdı".

"OLAYLAR" xəbər verir ki, bu fikirləri kanal24.az-a müsahibəsində sabiq millət vəkili Cahangir Hüseynov 15 iyun-Qurtuluş Gününün əhəmiyyəti, həmin tarixi günlərdə baş verən hadisələrdən danışarkən səsləndirib. O bildirib ki, ötən 29 il ərzində Azərbaycan çox böyük nailiyyətlər əldə edib. Cahangir Hüseynov qeyd edib ki, bu nailiyyətlər özünü həm iqtisadi, həm siyasi, həm də hərbi sahədə göstərib:

"Xüsusilə, mən Qarabağda əldə etdiyimiz Zəfəri qeyd etmək istəyirəm. Əminəm ki, tezliklə Qarabağda quruculuq-abadlıq işləri başa çatacaq və məcburi köçkünlər də öz yurd-yuvalarına qayıdacaqlar".

Sabiq millət vəkilinin 1992-ci ildə ölkədə cərəyan edən proseslər, eləcə də həmin ərəfədə yaşanan olaylarla bağlı fikirləri ilə aşağıdakı videoda tanış ola bilərsiniz:

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31