Növbədənkənar sessiyanın tarixi bəlli oldu

Parlamentin növbədənkənar sessiyasının ilk iclasının keçiriləcəyi tarix bəlli olub.  "Olaylar" xəbər verir ki, sessiya çərçivəsində nəzərdə tutulan ilk plenar iclas iyunun 17-nə planlaşdırılıb. İclasın gündəliyi haqqında ictimaiyyətə məlumat veriləcək.

Xatırladaq ki, Milli Məclisin sədri Sahibə Qafarova 77 deputatın tələbi ilə Azərbaycan Respublikası Konstitusiyasının 88-ci maddəsinin II hissəsinə əsasən, 2022-ci il iyunun 1-dən parlamentin növbədənkənar sessiyasının çağırılması haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, növbədənkənar sessiyanın gündəliyinə daxil edilmiş məsələlər bitdikdən sonra Milli Məclisin növbədənkənar sessiyası işini yekunlaşdırmış hesab edilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31