BMT Qoşulmama Hərəkatı çərçivəsində gənclərlə əməkdaşlıq üçün açıqdır - Baş Assambleyanın sədri
13 İyun 2022 18:39 SiyasətBMT Qoşulmama Hərəkatı çərçivəsində gənclərlə əməkdaşlıq üçün açıqdır.
Olaylar.az bildirir ki, bunu BMT Baş Assambleyasının 76-cı sessiyasının sədri Abdulla Şahid ADA Universitetində Qoşulmama Hərəkatının gənclər şəbəkəsinin üzvləri ilə interaktiv müzakirələr zamanı deyib.
Onun sözlərinə görə, iqlim dəyişikliyi, gender bərabərliyi kimi sahələrdə qlobal problemlərin həllində gənclərin üzərinə xüsusi məsuliyyə düşür.
"Mənim təsis etdiyim "Hope Fellowship" proqramı gənc diplomat və fəalların dəstəklənməsinə yönəlib. Qlobal problemlərdən danışmaq çox vacibdir, gənclərin səsi bu məsələlərdə eşidilməlidir", - deyə o bildirib.
trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31