"Milli Qurtuluş günü bizim tariximizin  şərəf günüdür": Musa Quliyev

"15 iyun müstəqil  Azərbaycan dövlətinin tarixində ən şərəfli günlərdən biridir . Əslində bizim müstəqil dövlətçiliyimizin qorunub saxlanılması bünövrəsinin əsasının qoyulması kimi tariximizdə qalacaq.  1991-ci ilin payızında Azərbaycan öz müstəqilliyini elan etsə də təəssüf ki həmin dövrdəki hərbi-siyasi şərait və Azərbaycanın daxilində gedən proseslər bizim müstəqil dövlətimizi qurmağa imkan vermədi"

Bunu Olaylar.az-a açıqlamasında millət vəkili Musa Quliyev söyləyib

Onun sözlərinə görə,  müstəqilliyimizin ikinci ilindən başlayaraq Azərbaycanda separatçılıq, qarşıdurma, vətəndaş müharibəsi həddinə gəlib çata biləcək hərcmərclik baş verdi. Bunun da nəticəsində Azərbaycan Xalq Cəbhəsi  və Müsavat cütlüyünün rəhbərliyi dövründə ölkə idarəsi, idarə olunmayan bir vəziyyətə  gəlib çıxdı. Həmin hökumətin baş nazirinin müavini və Qarabağ üzrə  korpus komandiri, milli qəhrəman, millət vəkili Surət Hüseynov bu hökumətə qarşı gəncədə qiyam qaldırdı.  

"Münasibətlərin düzgün qurulmaması siyasi proseslərin idarə edilməsi təcrübəsinin səriştəsinin olmaması Azərbaycanda silahlı qüvvələrin də iştirakı ilə çox ciddi qarşıdurma vəziyyətinə gətirib çıxardı. Əgər həmin vaxtı Azərbaycan xalqı növbəti dəfə müdriklik göstərib ümumilli lider Heydər Əliyevi Naxçıvandan Azərbaycana rəhbərliyə dəvət etməsəydi heç şübhəsiz ki, Azərbaycan olduqca böyük qarşısıalınmaz itkilərlə üzləşə bilərdi.  Bəlkə də müstəqil dövlətçiliyimiz itirilə bilərdi.  Məhz ümummilli lider Heydər Əliyevin böyük dövlətçilik təcrübəsi, cəsarəti, siyasi iradəsi və böyük  siyasi dünya görüşü sayəsində qardaş qırğınının  qarşısı alındı, qiyam yatırıldı və Azərbaycanda  hərcmərclik, vətəndaş qarşıdurması aradan qaldırıldı və müstəqil Azərbaycan dövlətinin əsası qoyuldu. Bəzən sual verirlər ki, 15 iyun niyə qurtuluş günüdür və biz nədən qurtulduq? Biz  əslində  yox olub parçalanmaqdan qurtulduq, müstəqil dövlətçiliyimizi qoruyub saxlaya bildik,  uzun müddət davam edə biləcək qanlı qardaş qırğının qarşısını ala bildik və müstəqil dövlətimizin də əsasları məhz 1993-cü ildən sonra ümummilli lider Heydər Əliyev tərəfindən quruldu və möhkəmləndi. Azərbaycan 2000-ci illərdən başlayaraq sürətlə inkişaf etdirən güclü  sosial dövlətə çevrildi. Məhz bizim hər bir uğurumuzun bünövrəsində 1993-cü ilin  15 iyun Qurtuluş günü dayanır ki, həmin gündən Azərbaycanın Ali Məclisinə, onan sonrakı dövrdə isə Azərbaycan respublikasına rəhbərliyi Heydər Əliyev öz üzərinə götürdü. Xalqın böyük ehtimadını qazanaraq 1993-cü ilin 3 oktyabrında  prezident seçildi və Azərbaycanı ağır bəlalardan qurtarmış oldu.  Qurtuluş günü əlbəttə, bizim hər birimizin xatırlayacağımız və gələcək nəsillərə də örnək olaraq ötürə biləcəyimiz  bir gündür ki, həmin gündə  Azərbaycan xalqı özünün tanıdığı, inandığı, xilaskar bildiyi liderə etimad göstərdi, inandı və o lider də xalqın dəstəyinə arxalanaraq ölkəni və xalqı ağır bəlalardan qurtarmış oldu.  Milli Qurtuluş günü bizim tariximizin  həm də şərəf günüdür. Bizim tariximizin, haqqın, ədalətin bərpası və xeyrin şərə qalib gəldiyi bir gündür"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31