" Heydər Əliyev qətiyyəti, Azərbaycanı kataklizmlərdən,qarşıdurmalardan xilas etdi"
13 İyun 2022 11:36 SiyasətOlaylar.az-a açıqlama verən politoloq Elçin Mirzəbəyli bildirib ki, Milli Qurtuluş günü Azərbaycanın dövlətçilik tarixində əhəmiyyətli bir yerə malik olan tarixi bir hadisə, önəmli bir bayramdır. Həmin dövrü yaşayan insanlar, Azərbaycan dövlətçiliyinin nə qədər böyük təhlükə ilə qarşılaşdığını görən insanlar bu günün dəyərini və əhəmiyyətini daha yaxşı başa düşürlər.
"1988-ci ildən başlayan proseslər və daha sonra Azərbaycan müstəqillik qazandıqdan sonra torpaqlarımızın işğal edilməsi istiqamətində Ermənistan və onu himayə edən qüvvələrin atdığı addımlar həmçinin ölkə daxilində baş verən xaos Azərbaycan xalqını böyük bir təhlükə qarşısında qoymuşdu. Müstəqilliyimizin uzun illərdən sonra bərpası az qala bütövlükdə ərazilərimizin itirilməsi ilə nəticələnəcəkdi. Belə bir ağır şəraitdə çətin bir durumda Azərbaycan xalqını bu vəziyyətdən çıxara biləcək gerçək bir liderə xalqının sevgisini qazanmış şəxsiyyətə və təcrübəli bir insana ehtiyac var idi. Azərbaycan xalqı hər zaman olduğu kimi yenə də doğru seçim edərək Heydər Əliyevi hakimiyyətə dəvət etdi. Məhz həmin gündən başlayaraq Azərbaycan dövlətçiliyi faktiki olaraq təhlükələrdən xilas edildi və mahiyyət etibarilə Azərbaycan dövlət universitetlərinin formalaşdırılması istiqamətində çox mühüm addımlar atıldı. Ölkənin neft, enerji strategiyası müəyyənləşdirildi və təxminən 1994-cü ildə bu istiqamətdə daha önəmli addımlar atılmağa başladı. Bütün təzyiqlərə, maneələrə rəğmən Heydər Əliyev qətiyyəti Azərbaycanı kataklizmlərdən, qarşıdurmalardan xilas etdi və dövlətçiliyimizin inkişafı üçün mühüm bir platforma formalaşdırdı"