Müharibədə ölən ukraynalı hərbçilərin sayı açıqlandı - RƏSMİ
11 İyun 2022 14:50 SiyasətUkrayna Prezident Aparatının müşaviri Aleksey Arestoviç Rusiyaya qarşı aparılan müharibədə həlak olan hərbçilərin sayını açıqalayıb.
Olaylar.az xəbər verir ki, Aleksey Arestoviç "Feigin Live" YouTube kanalında çıxış edərkən deyib ki, Rusiya ilə aparılan müharibədə Ukrayna Silahlı Qüvvələrinin 10 minə yaxın hərbçisi həlak olub.
O, Rusiya tərəfinin bundan üç dəfə çox hərbçi itirdiyini vurğulayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31