Slovakiya Milli Şurasının sədri ölkəmizə rəsmi səfərə gəlib

İyunun 10-da Slovakiya Respublikası Milli Şurasının sədri Boris Kollar ölkəmizə rəsmi səfərə gəlib.

Olaylar xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Hava Limanında Slovakiya Milli Şurası sədrinin  başçılıq etdiyi parlament nümayəndə heyətini Milli Məclis sədrinin müavini Fəzail İbrahimli, Azərbaycan-Slovakiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Anar Məmmədov, Azərbaycanın Slovakiyadakı səfiri Rövşən Sadıqbəyli  və digər rəsmi şəxslər qarşılayıblar.
Rəsmi səfər iyunun 13-də başa çatacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31