Ukraynaya dəstək verən rusiyalı jurnalistin əmlakına həbs qoyuldu

Moskva məhkəməsi rusiyalı jurnalist Aleksandr Nevzorovun Sankt-Peterburqdakı torpaq sahəsinə həbs qoyub.

Qərarın Rusiya Silahlı Qüvvələrinin nüfuzdan salınması ilə bağlı cinayət işinin tərkib hissəsi olduğu bildirilir.

Torpaq sahəsinin dəyərinin təxminən 8 milyon rubl olduğu bildirilir. Onun ərazisində malikanə və yardımçı tikililər var. Qeyd edək ki, bir neçə gün əvvəl Nevzorov və xanımına Ukrayna vətəndaşlığı verilib. Ukrayna rəhbərliyi Mariupolda doğum evinin bombalanmasını Rusiya xalqına dürüst şəkildə çatdırdığına və müharibə ilə bağlı obyektiv mövqeyinə görə rusiyalı jurnalistə minnətdarlıq edib.

Azpost.info

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31