Ukrayna Baş Qərargahı: “Xarkovdakı itkilərdən sonra rusiyalılar döyüşməkdən tam heyətlə imtina edib”
10 İyun 2022 11:51 SiyasətXarkov vilayətində Ukrayna Silahlı Qüvvələri ilə döyüşlər zamanı itkilərə görə Rusiyanın 1-ci Ordu Korpusundan olan motoatıcı bölməsi tam tərkibdə döyüşməkdən imtina edib.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Bildirilir ki, Donetsk və Luqansk vilayətlərinin müvəqqəti işğal olunmuş ərazilərindən zorla səfərbər edilmiş şəxsi heyət tərəfindən idarə olunan bölmələrin döyüş əməliyyatlarında iştirakdan imtinaları qeydə alınıb.
Ukrainskaya Pravda
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31