Azərbaycanlını Ukrayna sərhədində GÜLLƏLƏDİLƏR

Ukraynada daha bir azərbaycanlı ölüb.

Olaylar.az xəbər verir ki, hadisə Xarkov şəhərində baş verib.

Belə ki, Ukrayna ordusundan qaçmağa çalışan iki silahlı məcburən Azərbaycan vətəndaşı Süleyman Ərşadoğlunamiqin avtomobilinə miniblər. Onlar Süleymandan ölkəni tərk etmələri üçün təcili avtomobili sürməyi tələb ediblər. Daha sonra nəzarət postunda ukraynalı əsgərlərlə ölkədən qaçmaq istəyənlər arasında atışma baş verib. Nəticədə həmyerlimiz güllələnərək həlak olub.

Qeyd edək ki, S.Ərşadoğlunamiqin iki yeniyetmə övladı var. Həyat yoldaşı 2 il əvvəl dünyasını dəyişib.

Lent.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31