Azərbaycan xalqı Pakistanın dəstəyini yüksək qiymətləndirir-Deputat

"Azərbaycanla Pakistanın əlaqələrinin dərin tarixi kökləri var. Hər iki ölkənin xalqları bir-birinə qarşılıqlı hörmət bəsləyir. Hər iki xalqın eyni dəyərlərə malik olması onlar arasında birlik və həmrəyliyi daha da möhkəmləndirir". "Olaylar" xəbər verir ki, bunu millət vəkili Ceyhun Məmmədov deyib. Millət vəkili qeyd edib ki, 44 günlük vətən müharibəsi dönəmində və ondan sonrakı müddətdə də qardaş Pakistan xalqı və hakimiyyəti daima Azərbaycanın yanında oldu, öz siyasi və mənəvi dəstəyini əsirgəmədi:  "Azərbaycan xalqı Pakistan xalqının bu dəstəyini yüksək qiymətləndirir və heç zaman unutmayacaqdır". 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31