Vilayət Eyvazov şəhid oğluna yeni VƏZİFƏ VERDİ

Daxili İşlər orqanlarında kadr dəyişikliyi olub.

Olaylar.az xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. 

Nazirin əmri ilə, Goranboy rayon Polis şöbəsinin Cinayət -Axtarış  bölməsinin baş əməliyyat müvəkkili, polis baş leytenantı Sənan Əsgərov Göygöl RPŞ-nın Sarısu bölməsinə rəis müavini təyin edilib.

Qeyd edək ki, S.Əsgərovun atası Xəzanı Əsgərov 1994-cü ildə Qarabağ müharibəsində şəhid olub.(oxu.az)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31