Hikmət Hacıyev BMT Baş Assambleyasının sədri ilə görüşüb - FOTO
9 İyun 2022 19:24 SiyasətAzərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Hikmət Hacıyev Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının sədri Abdulla Şahid ilə görüşüb.
Olaylar.az xəbər verir ki, görüşdə Azərbaycanın daim çoxtərəfli diplomatiyanı dəstəklədiyi vurğulanıb və Qoşulmama Hərəkatının sədri kimi bu istiqamətdə gördüyü işlər müzakirə edilib.
Xatırladaq ki, BMT-nin protokol qaydalarına əsasən, rəsmi görüşlərdə BMT-nin və bu təşkilatın rəhbər vəzifəli nümayəndəsinin təmsil etdiyi dövlətin bayraqları qoyulur.


Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31