15 iyun Qurtuluş günü Azərbaycan tarixinin ən önəmli dövrlərindən biridir
10 İyun 2022 11:53 Siyasət"Dövlət bu istiqamətdə davamlı olaraq addımlar atır, uğurlu siyasət həyata keçirir."
Millət vəkili Ceyhun Məmmədov bildirib ki, 15 iyun Qurtuluş günü Azərbaycan tarixinin ən önəmli dövrlərindən biridir . Həmin dövrdə Azərbaycan çox ciddi təhlükələrlə üz-üzə qalmışdı. Hətta müstəqilliyini itirirdi. Azərbaycan vətəndaş müharibəsi ərəfəsində idi. Bir tərəfdən torpaqlarımız ermənilər tərəfindən işğal olunurdu.
" Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə Azərbaycan bu təhlükələrdən xilas oldu və ölkəmiz inkişaf mərhələsinə daxil oldu. Sonrakı dövrdə Azərbaycan iqtisadiyyatı gücləndi. Ölkəmizdə güclü quruculuq siyasəti həyata keçirildi. Bugünki Azərbaycanın uğurlarına, vətən müharibəsindəki qələbəsinin təməli də məhz o dövrdən qoyuldu. Ulu Öndərin möhkəm iradəsi, qətiyyəti, uzaqgörənliyi nəticəsində Azərbaycan qeyd etdiyimiz kimi bütün çətinliklərə sinə gərərək bugünkü reallıqları və bugünkü uğurları həyata keçirə bildi. Azərbaycan xalqı 15 iyunu hər zaman xatırlayacaq . Azərbaycan xalqı həmin günü öz xatirələrində yaşadacaq. Azərbaycan inamla irəliyə doğru gedir. Bu gün Ulu öndər Heydər Əliyevin siyasəti nəticəsində Cənab Prezident İlham Əliyev ugurla və uzaqgörənliklə davam edir. Bu onu deməyə əsas verir ki, Azərbaycanın uğurları qarşıdadır və növbəti illərdə bizi daha böyük uğurlar gözləyir. Bu gün qarşımızda duran mühüm vəzifə də birliyimizin, həmrəyliyimizin, bərabərliyimizin qorunmasıdır. Dövlət bu istiqamətdə davamlı olaraq addımlar atır, uğurlu siyasət həyata keçirir"