“Kimsə Hitlerlə danışıqlara getmişdi?” - Polşa prezidentindən sərt ittihamlar

Polşa prezidenti Anjey Duda Almaniya kansleri Olaf Şolzla Fransa prezidenti Emmanuel Makron və Rusiya lideri Vladimir Putin arasında aparılan danışıqları tənqid edib.

Polşa lideri bu danışıqların nəticəsiz olacağını bildirib.

"Putinlə, xüsusilə kansler Şolz və prezident Emmanuel Makronla aparılan bütün danışıqlar məni heyrətə gətirir. Bu danışıqlar nəticəsiz qalacaq", - Polşa prezidenti bildirib.

Onun sözlərinə görə, danışıqların məlumatları daha çox Rusiya ordusunun Ukraynada törətdiyi cinayətlərə görə məsuliyyət daşıyanlar üçün bir növ legitimlik effektinə malikdir: "İkinci Dünya Müharibəsi zamanı kimsə Adolf Hitlerlə belə danışsaydı necə? Kimsə desəydi ki, Adolf Hitler simasını saxlamalıdır. Mən Hitlerlə bağlı belə səslər eşitməmişəm".

Qeyd edək ki, Almaniya və Fransa rəhbərləri mayın 28-də Rusiya lideri Vladimir Putinlə müzakirələr aparıb.

Sonradan hər iki siyasətçi Ukrayna Prezidenti Zelenskiyə Putinlə apardıqları danışıqlar haqqında məlumat verib. Bir sıra Qərb ölkələrinin rəhbərləri Putinlə danışıqlara gedən Almaniya və Fransa rəhbərliyini sərt tənqid edir.

teleqraf

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31