“Şuşa   bəyannaməsi  Azərbaycan-Türkiyə münasibətlərində  böyük bir tarix açdı”- Aydın Quliyev

Olaylar.az-a Şuşa bəyannaməsinin bir ili ilə bağlı açıqlama verən    "Bakı-Xəbər" qəzetinin baş redaktoru, politoloq Aydın Quliyev bildirib ki, strateji müttəfiqlik haqqında Azərbaycan-Türkiyə bəyannaməsinin imzalanması elə zamanında da mühüm əhəmiyyətli tarixi hadisə kimi dəyərləndirildi və ötən bir il ərzində bu bəyannamənin fonunda baş verən əməkdaşlıqlar,  mövcud əməkdaşlıqlarin dərinləşməsi də bir daha sübut etdi ki, hər iki ölkənin rəhbərliyi bu sənədi imzalamaqla olduqca uzaqgörən bir mövqe tutublar.

"Təkcə onu demək kifayətdir ki, Türkiyə-Azərbaycan strateji müttəfiqliyi haqqında sənəd nəinki regionda, hətta beynəlxalq münasibətlər sistemində də populyar bir dövlətlərarası sənəd kimi tanınmağa başladı. Yüzlərlə iki dövlətin arasında imzalanmış sənədlərin adını çəkmək olar ki,  son bir ildə, bir ildən əvvəlki dövrlərdə imzalanmasına baxmayaraq Şusa bəyannaməsi qədər populyarlıq qazana bilmədi. Şuşa bəyənnaməsinin populyarlığı həm  ümumən beynəlxalq münasibətlər sistemində özünü göstərir, həm də regional beynəlxalq münasibətlər sistemində vacib bir sənəd statusu kimi özünü təsdiqliyə bildi. Artıq kənardan baxan müşahidəçilər, maraqlı dövlətlər, izləyən dövlətlərin hər biri bu fikirdədir ki, Şuşa bəyənnaməsi xüsusilə də Vətən müharibəsindən və Azərbaycan torpaqlarının işğaldan azad olunmasından sonra imzalanmaqla iki dövlətin münasibətlərində tamamilə yeni bir era açıb.  Elə bir eradır ki, istisnasız olaraq, bütün istiqamətlərdə Azərbaycan-Türkiyə əməkdaşlığının  dərinləşdirilməsi üçün hüquqi imkanları özündə saxlayır. Mən burada Azərbaycanla Türkiyənin  hərbi sahədə, hərbi-texniki, təhlükəsizlik sahəsində əməkdaşlığı və humanitar-mədəni sahədə bütün əməkdaşlıqları nəzərdə tuturam . Hansı ki, Şuşa bəyənnaməsində bütün bu istiqamətlərdə  qarşıdakı böyük bir dövrdə  görüləcək işləri tənzimləyən hüquqi mexanizmlər var. Təkcə onu deyək ki, Azərbaycan-Türkiyə strateji əməkdaşlıq, təhlükəsizlik qurumlarının birgə toplantılarının keçirilməsi ilə bağlı bəyannamədə əks olunan maddələr, gələcəyə hesablanmış, olduqca böyük gücə malik olan razılaşmalardır. Hansılar ki, iki dövlət üçün yarana biləcək ekstremal vəziyyətlərdə hərbi təhlükəsizlik fəaliyyətlərini əlaqələndirməyə imkan verəcək. Bu bəyannamə Azərbaycan-Türkiyə münasibətlərində  böyük bir tarix açdı"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31