“Polşa Ukraynaya 2 milyardlıq hərbi yardım göndərib” –Prezident Duda

Polşa Ukraynaya 240-dan çox tank, 100-ə yaxın zirehli maşın və raketlər də daxil olmaqla 2 milyard dollarlıq hərbi yardım göndərib.

Bunu Polşa prezidenti Anjey Duda deyib. Onun sözlərinə görə, Ukraynanın ağır silahlara, tanklara ehtiyacı var: "İki gün əvvəl prezident Zelenski ilə danışdım. Mənə xahişlə müraciət etdi. Biz ora iki milyard dollar dəyərində tanklar və silahlar göndərdik".

Polşa prezidenti digər ölkələri də Kiyevi silahla təmin etməyə çağırıb: "Bunlar böyük xərclərdir, lakin ölkə onların zəruriliyini başa düşür. Biz hamıya müraciət edirik - əgər kiminsə, məsələn, artilleriya göndərmək imkanı varsa, göndərsin. Bu silahlar Rusiyanın işğalını dayandırmaq üçün lazımdır".

Azpost.info

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31