Sənan Həsənoğlunun həyat yoldaşı prezidentə müraciət etdi
9 İyun 2022 11:14 SiyasətHəbs olunmuş jurnalist-araşdırmacı Sənan Həsənoğlunun həyat yoldaşı Nəzakət Seyidova Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Azərbaycan Respublikasının Vitse Prezidenti Mehriban xanım Əliyevaya və KİV nümayəndələrinə müraciət ünvanlayıb.
Olaylar.az xəbər verir ki, müraciətdə deyilir:
"Hörmətli Prezident
Hörmətli Mehriban xanım
Hörmətli KİV nümayəndələri
Diqqətinizə çatdırıram ki, həyat yoldaşım Sənan Həsənoğlu (Abdullavev) 30 ilə yaxındır ki, jurnalist fəailiyyəti ilə məşğuldur və bunun 20 ilini ölkəmizin mərkəzi televiziyalarının (SPACE, AZTV ATV) Qarabağ bölgəsində cəbhə müxbiri vəzifəsini vicdanla yerinə yetirib. 2016 -cı ilin aprel döyüşləri zamanı hərbi komandanlıq tərəfindən fədakar jurnalist kimi mükafatlandırılıb. Ölkə rəhbəri Cənab Prezident İlham Əliyevin cağırışı və himayəsi ilə 2021 -ci ilin əvvəllərindən respublikamızda baş verən ictimai-siyasi hadisələri işıqlandırmaq üçün "Xəbər kanalı" adlı internet televiziyası yaradaraq əsasən də tənqidi media resursu kimi kanalı tanıtdı .Elə həmin ilin avqust ayında Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevin sifarişi ilə qeyri-qanuni olaraq həbs edildi .Artıq 11 aydır ki, həyat yoldaşım Sənan Həsənoğlu qanun pozuntuları ilə ölkəmizin hər üç təcridxanasının (1 saylı Kürdəxanı, 2 saylı Gəncə, 3 saylı Şüvəlan) məhbusu kimi, ağır ürək və şəkər xəstəsi olmağına baxmayaraq zülmə məhkum edilib.Hələ bütün bunlar azmış kimi, indi də Gəncə Ağır Cinayətlər Məhkəməsində işinə ədalətli baxmayaraq və süründürməçilik edərək məhkəməni uzadırlar.
Hörmətli Prezident
Hörmətli Mehriban Xanım
Hörmətli KİV nümayəndələri
Azərbaycan Respublikasının Konstitusiyasında qeyd edilir ki, azadlıq hüququ, doğulduğu andan, hər bir insanın təbii və ayrılmaz hüququdur. O, ölkəmizin qoşulduğu Beynəlxalq hüquqi aktlara əsas insan hüququ və azadlıqları arasındadır. Ümumi dünya insan hüquqları, Bəyannaməsi,Beynəlxalq faktın 4 -cü maddəsində göstərilir ki, heç kəs zorla həbs və ya dustaq edilə bilməz .Bütün bunlara baxmayaraq həyat yoldaşım Sənan Həsənoğlu qanunsuz yolla həbs edilib və Azərbyacan Respublikası Cinayət Prosessual Məcəlləsinin 146.1, 145.2,145.3 maddələrinin tələbləri pozulub, eləcə də həmən Cinayət Prosessual Məcəlləsinin 74.4 cü maddəsinin ( Cinayətin törədildiyi yerin müəyyən edilməsi mümkün olmadıqda ) bütün müddəalarına riayət edilməyib
Hörmətli Prezident
Hörmətli Mehriban xanım
Hörmətli KİV nümayəndələri
Bütün bunlar azmış kimi həyat yoldaşımın qondarma cinayət işində, istintaqı aparanlar nədənsə zərərçəkən statusu verdikləri ,yalançı şikayətçilərin Sənan Həsənoğlu ilə qəliz və ədavətli adamlar olmasına "diqqət yetirməyiblər". Bu isə birbaşa olaraq Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 125.1 maddəsini kobud sürətdə pozmaq deməkdir .Çünki həmin maddədə aydın şəkildə yazılıb ki,subuta şübhə yarandıqda həmən subutlardan istifadə edilə bilməz .Çünki Sənan Həsənoğlundan və İlqar Ataybəydən şikayət edənlər "Xəbər Kanalı" da iyirmi yeddi dəfə tənqid edilən Goranboy Rayon İcra Hakimiyyətinin Başçısı Məhərrəm Quliyev və onun müavinləridir .Onların isə qərəzli və ədavətli olmaları səbəbindən ifadələri əsaslı sübutlar siyahısına salına bilməz. Elə Avropa Məhkəməsinin (Avşar-Türkiyəyə qarşı) qərarlarında qeyd edilir ki, ədavətli və qərəzli adamların ifadəsi sübutlar siyahısına salına bilməz.Beləliklə də dəfələrlə"Xəbər Kanalı"nda tənqid edilən Goranboy Rayon İcra Hakimiyyətinin rəhbər şəxsləri tərəfindən nəticə cıxardaraq vəzifələrinə vicdanlı və məsuliyyətli yanaşmaqdansa Sənan Həsənoğlu və İlqar Atabəyə qarşı qərəz və düşmənçilik edərək, onları həbs etdiriblər. Əfsuslar olsun ki, Prezident İlham Əliyev dəfələrlə, məmurları vicdanl və Allahlı olmağa dəvət etməyinə baxmayaraq hələ də ölkəmizdə vicdansız və Allahsız məmurlar mövcuddur.
Hörmətli Prezident
Hörmətli Mehriban xanım
Hörmətli KİV nümayəndələri
Onun üçün də yuxarıda qeyd etdiyim huquq pozmalarının , eləcə də Sənan Həsənoğlunun ağır ürək və şəkər xəstəsi olmasının İlqar Atabəyin isə himayəsində az aşlı övladlarının olmasını nəzərə alaraq onlara qarşı baş verən qanun pozuntularına son qoyulması üçün göstəriş verməyinizi, eləcə də onların işini nəzarətinizə götürməyinizi xahiş edirəm".