Bakı Ağır Cinayətlər Məhkəməsinə yeni vitse-spiker təyin edildi
8 İyun 2022 15:41 SiyasətBakı Ağır Cinayətlər Məhkəməsinə (BACM) kütləvi informasiya vasitələri ilə əlaqələrə məsul şəxs təyin edilib.
Olaylar.az-ın məlumatına görə, bu barədə məhkəmə sədri müvafiq əmr imzalayıb.
Əmra əsasən, BACM-nin hakimi Telman Hüseynov vitse-spiker təyin olunub.
Məlumatı Məhkəmə-Hüquq Şürası "Report"a təsdiqləyib.
Qeyd edək ki, daha əvvəl bu vəzfədə BACM-nin sədr müavini Əfqan Hacıyev çalışırdı. O, bir neçə gün əvvəl təqaüdə göndərilib.
Xatırladaq ki, T.Hüseynov 2018-ci ildən BACM-nin hakimi vəzifəsində çalışır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31